İmtahan Haqqında

AZ-900 Microsoft Azure Fundamentals — cloud karyerasına ən yaxşı başlanğıc sertifikatıdır. Texniki olmayan işçilər üçün də nəzərdə tutulub: kod və ya əmr yazmaq tələb olunmur, amma cloud anlayışlarını və Azure xidmətlərini dəqiq bilmək lazımdır.

ParametrDəyər
Müddət45 dəqiqə (təxminən 40–60 sual)
Keçid balı1000 üzərindən 700
Sual növləriÇoxseçimli, Yes/No seriyaları, drag-and-drop, cümləni tamamla
MüddətsizFundamentals sertifikatları yenilənmə tələb etmir
Rəsmi hazırlıqMicrosoft Learn — pulsuz "AZ-900" öyrənmə yolu və practice assessment

1. Cloud Konsepsiyaları (25–30%)

IaaS / PaaS / SaaS fərqi və shared responsibility — hər sual növündə çıxır.

Public, private, hybrid; Azure Arc — on-prem və digər cloud-ları Azure-dan idarə etmək.

CapEx vs OpEx, consumption-based model, serverless.

High availability, scalability, reliability, predictability, security, governance, manageability anlayışları.

2. Arxitektura və Xidmətlər (35–40%)

MövzuBilmək lazımdır
FizikiRegion, region pair, sovereign region (Azure Government, Çin), availability zone
MəntiqiManagement group → subscription → resource group → resource
ComputeVM, VM Scale Sets, availability set, App Service, Functions, ACI, AKS, Azure Virtual Desktop
ŞəbəkəVNet, subnet, peering, VPN Gateway, ExpressRoute, Azure DNS, public/private endpoint
StorageBlob, Files, Queue, Table; Hot/Cool/Cold/Archive; LRS/ZRS/GRS/GZRS; AzCopy, Storage Explorer, Azure Migrate, Data Box
IdentityEntra ID, SSO, MFA, passwordless, Conditional Access, B2B/B2C, Zero Trust, defense in depth, Microsoft Defender for Cloud

Tələ sualı: availability set VM-ləri bir data mərkəzi daxilində fault/update domain-lərə yayır, availability zone isə ayrı data mərkəzlərinə. Zone daha yüksək SLA verir.

3. İdarəetmə və Governance (30–35%)

Azure Policy

Qaydaları məcburi edir: "yalnız West Europe regionu", "hər resursda owner tag-ı olsun".

Resource Lock

CanNotDelete və ReadOnly — hətta Owner da əvvəlcə lock-u silməlidir.

Microsoft Purview

Məlumatın kataloqu, təsnifatı və uyğunluq idarəetməsi.

Azure Advisor

Xərc, təhlükəsizlik, etibarlılıq və performans üzrə tövsiyələr.

Service Health

Azure tərəfində kəsinti və planlı işlər haqqında sizin resurslara aid bildirişlər.

Azure Monitor

Metrika, Log Analytics (KQL), alert-lər, Application Insights.

İdarəetmə alətləri: Portal, Cloud Shell, CLI, PowerShell; IaC üçün ARM template və Bicep.

4. Xərc və SLA

Pricing Calculator — yeni həllin aylıq qiymətini hesablamaq. TCO Calculator — on-prem ilə Azure-u müqayisə.

Cost Management + Billing: faktiki xərc analizi, budget və alert-lər.

Tag-lar xərci şöbə və layihələr üzrə bölmək üçün.

Qiymətə təsir edənlər: resurs tipi, region, çıxan trafik (egress), reservation, Azure Hybrid Benefit (mövcud Windows/SQL lisenziyaları).

5. İki Həftəlik Hazırlıq Planı

  1. 1–3-cü gün: Microsoft Learn — "Describe cloud concepts" modulu + bu portaldakı Cloud Computing Əsasları dərsi.

  2. 4–8-ci gün: "Azure architecture and services" — Azure free account ilə VM, storage account və VNet yaradıb silin.

  3. 9–11-ci gün: "Azure management and governance" — Policy, lock, Cost Management-i portalda açıb baxın.

  4. 12–13-cü gün: Microsoft-un rəsmi practice assessment-i — 80%+ nəticəyə qədər təkrar; zəif mövzuları yenidən oxuyun.

  5. 14-cü gün: imtahan. Onlayn (OnVUE) imtahanda otaq boş, masa təmiz olmalıdır.

Növbəti addımlar: AZ-104 (Azure Administrator), AZ-500 (Security Engineer), AZ-700 (Network Engineer — CCNA biliyi ilə ən uyğun yol).