Giriş: Niyə Başqa Say Sistemləri?
Kompüter üçün hər şey 0 və 1-dir. IPv4 ünvanı və maska binar (2-lik), MAC və IPv6 ünvanı isə hexadecimal (16-lıq) sistemlə daha rahat oxunur. Subnetting-i sürətli etmək üçün bu çevirmələri əzbər bilmək lazımdır.
1. Binar Sistem
Bir oktet 8 bitdir; hər bitin öz dəyəri var. Dəyəri "1" olan bitlərin cəmi onluq ədədi verir.
| Bit dəyəri | 128 | 64 | 32 | 16 | 8 | 4 | 2 | 1 | Cəm |
|---|---|---|---|---|---|---|---|---|---|
| 192 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 128+64 |
| 168 | 1 | 0 | 1 | 0 | 1 | 0 | 0 | 0 | 128+32+8 |
| 77 | 0 | 1 | 0 | 0 | 1 | 1 | 0 | 1 | 64+8+4+1 |
Onluqdan binara: çıxma üsulu
200 → 128 çıxılır? bəli → 1 qalıq 72
72 → 64 çıxılır? bəli → 1 qalıq 8
8 → 32? xeyr → 0, 16? xeyr → 0
8 → 8 çıxılır? bəli → 1 qalıq 0
0 → 4, 2, 1 → 0 0 0
200 = 11001000
2. Hexadecimal Sistem
16 simvol: 0–9 və A–F (A=10 … F=15). Bir hex rəqəmi düz 4 bitə (nibble) bərabərdir — çevirmə buna görə çox asandır.
| Hex | Onluq | Binar | Hex | Onluq | Binar |
|---|---|---|---|---|---|
| 0 | 0 | 0000 | 8 | 8 | 1000 |
| 1 | 1 | 0001 | 9 | 9 | 1001 |
| 2 | 2 | 0010 | A | 10 | 1010 |
| 3 | 3 | 0011 | B | 11 | 1011 |
| 4 | 4 | 0100 | C | 12 | 1100 |
| 5 | 5 | 0101 | D | 13 | 1101 |
| 6 | 6 | 0110 | E | 14 | 1110 |
| 7 | 7 | 0111 | F | 15 | 1111 |
Hex → binar: 3C = 0011 1100 = 60
Binar → hex: 1010 1111 = AF = 175
Hex → onluq: AF = 10×16 + 15 = 175
IPv6 hextet: 2001 = 0010 0000 0000 0001
3. Əzbər Bilinməli Maska Dəyərləri
| Binar | Onluq | Oktetdə şəbəkə biti | Blok ölçüsü |
|---|---|---|---|
| 10000000 | 128 | 1 | 128 |
| 11000000 | 192 | 2 | 64 |
| 11100000 | 224 | 3 | 32 |
| 11110000 | 240 | 4 | 16 |
| 11111000 | 248 | 5 | 8 |
| 11111100 | 252 | 6 | 4 |
| 11111110 | 254 | 7 | 2 |
| 11111111 | 255 | 8 | 1 |
4. İnteraktiv Çevirici
İstənilən sahəyə yazın — digər ikisi avtomatik hesablanacaq (0 – 65535).
Lab: Çevirmə Sürəti Məşqi
Məqsəd
Onluq, binar və hex çevirmələrini kağız üzərində, kalkulyatorsuz, dəqiq və sürətlə etmək.
Alət
Kağız, qələm və taymer; yoxlamaq üçün portalın Subnet Kalkulyatoru
Müddət
25 dəq · Başlanğıc
Tapşırıqlar
128–64–32–16–8–4–2–1 cədvəlini yaddaşdan 3 dəfə yazın.
Binara çevirin (taymer: 3 dəqiqə):
172,200,99,255,10,224.Onluğa çevirin:
11000000,10101000,11111100,01111111.Hex-ə çevirin:
192,168,254; onluğa:0xAC,0x1F,0xFE.Maskaları prefiksə çevirin:
255.255.255.224,255.255.248.0,255.192.0.0.MAC ünvanı
00:1A:2B:3C:4D:5E-nin ilk baytını binar yazın və 7-ci bitin (U/L) nə olduğunu tapın.
Uğur meyarları
Onluq ↔ binar çevirmə bir oktet üçün 15 saniyədən az çəkir.
Cavablar: 172 = 10101100, 200 = 11001000, 99 = 01100011, 224 = 11100000; 11111100 = 252; 0xAC = 172; /27, /21, /10.
Hex ↔ binar çevirmədə hər hex simvolun 4 bit olduğunu istifadə edirsiniz.