Giriş: İnternetin Telefon Kitabçası

İnsanlar cavadmikayil.com yadda saxlayır, kompüterlər isə IP ünvanla işləyir. DNS adı IP-yə (və əksinə) çevirir. DNS işləməsə, internet "işləmir" kimi görünür — halbuki bağlantı var. Sorğular adətən UDP 53, böyük cavablar və zona transferi TCP 53 ilə gedir.

1. Ad Necə Həll Olunur?

  1. Brauzer və OS öz keşinə və hosts faylına baxır.

  2. Tapılmasa, sorğu recursive resolver-ə gedir (şirkət DNS serveri, provayder və ya 1.1.1.1/8.8.8.8).

  3. Resolver root server-dən soruşur: ".com-u kim bilir?" — cavab: .com TLD serverləri.

  4. TLD server: "cavadmikayil.com-u kim bilir?" — cavab: domenin authoritative serverləri (NS).

  5. Authoritative server A qeydini qaytarır. Resolver cavabı TTL müddəti qədər keşləyir və klientə verir.

Recursive

Klient adından bütün yolu gedib son cavabı gətirir və keşləyir.

Authoritative

Zonanın "sahibi" — qeydlər onda saxlanılır, cavabı qəti verir.

2. Qeyd (Record) Növləri

NövVəzifəsiNümunə
AAd → IPv4www → 203.0.113.10
AAAAAd → IPv6www → 2001:db8::10
CNAMEAd → başqa ad (alias)blog → www.example.az
MXDomenin e-poçt serveri (prioritet ilə)10 mail.example.az
TXTMətn — SPF, DKIM, DMARC, domen təsdiqiv=spf1 include:_spf.google.com ~all
NSZonanın authoritative serverlərins1.example.az
PTRIP → ad (reverse DNS)10.113.0.203.in-addr.arpa → www
SRVXidmətin host və portu_ldap._tcp.corp.example.az (AD)
SOAZonanın əsas parametrləri: serial, refresh, TTLHər zonada bir dənə

3. Zona Faylı Nümunəsi (BIND)

$TTL 3600
@   IN SOA ns1.example.az. admin.example.az. (
        2026092701 ; serial (YYYYMMDDnn) — hər dəyişiklikdə artır!
        3600       ; refresh
        900        ; retry
        1209600    ; expire
        300 )      ; negative cache TTL
    IN NS   ns1.example.az.
    IN NS   ns2.example.az.
    IN MX 10 mail.example.az.
ns1 IN A    203.0.113.2
ns2 IN A    198.51.100.2
@   IN A    203.0.113.10
www IN CNAME example.az.
mail IN A   203.0.113.20

Secondary serverlər dəyişikliyi serial nömrəsi artanda götürür. Serial-ı artırmağı unutmaq — "qeydi dəyişdim, amma ikinci serverdə köhnədir" probleminin ən çox rast gəlinən səbəbidir. Zonanı yoxlamaq: named-checkzone example.az db.example.az.

4. Diaqnostika Alətləri

dig example.az                 # A qeydi
dig example.az MX +short       # yalnız cavab
dig @8.8.8.8 example.az        # konkret serverdən soruş
dig +trace example.az          # root-dan başlayaraq bütün yol
dig -x 203.0.113.10            # reverse (PTR)
dig example.az SOA +short      # serial nömrəsini yoxla

5. Tipik Problemlər

SimptomSəbəb / həll
IP ilə açılır, adla açılmırKlientin DNS serveri səhvdir və ya əlçatmazdır — ipconfig /all, nslookup
Qeyd dəyişdi, bəzilərində köhnə IPTTL bitməyib — keşlər hələ köhnə cavabı saxlayır. Köçürmədən əvvəl TTL-i azaldın (məs. 300)
Domenə qoşulmaq olmurKlient DNS olaraq DC-ni yox, 8.8.8.8-i istifadə edir — SRV qeydləri tapılmır
E-poçt spam-a düşürSPF/DKIM/DMARC TXT qeydləri və PTR yoxdur və ya səhvdir
NXDOMAINBelə ad yoxdur — yazı səhvi və ya qeyd yaradılmayıb