Giriş: Şəbəkə Seqmentasiyası və Bağlantı
Bu dərs VLAN texnologiyasının əsas komponentlərini araşdırır: access portlar, VLAN trunking (802.1Q) və Cisco-nun Dynamic Trunking Protocol-u (DTP). Bu elementlər şəbəkəni məntiqi seqmentlərə bölür, switch-lər arasında bir neçə VLAN-ı bir kabel üzərindən daşıyır və cihazlararası əlaqəni idarə edir.
Access port
Bir VLAN, tag-sız frame-lər — kompüter, printer, kamera üçün.
Trunk port
Çoxlu VLAN, 802.1Q tag ilə — switch–switch, switch–router, switch–server (hypervisor).
DTP
Portun trunk olub-olmayacağını qonşu ilə avtomatik danışır. Production-da adətən söndürülür.
1. Access Portlar
Access port switch-də yalnız bir VLAN-a aid olan və son istifadəçi cihazlarını qoşmaq üçün istifadə olunan portdur. Bu portdan yalnız həmin VLAN-ın trafiki ötürülür və frame-lər tag-sız olur. IP telefon üçün əlavə olaraq voice VLAN təyin edilə bilər.
Switch(config)# vlan 10
Switch(config-vlan)# name Sales
Switch(config-vlan)# exit
Switch(config)# interface FastEthernet0/1
Switch(config-if)# switchport mode access
Switch(config-if)# switchport access vlan 10
Switch(config-if)# switchport voice vlan 150
Switch(config-if)# no shutdown
! Bir neçə portu birlikdə
Switch(config)# interface range fa0/2 - 12
Switch(config-if-range)# switchport mode access
Switch(config-if-range)# switchport access vlan 10
VLAN 10-u yaradır və portları access rejimində VLAN 10-a qoşur. Mövcud olmayan VLAN təyin olunarsa, switch onu avtomatik yaradır.
show vlan brief
show interfaces FastEthernet0/1 switchport
show vlan brief VLAN-ları və onlara aid access portları göstərir (trunk portlar burada görünmür). switchport çıxışında Administrative/Operational Mode və Access VLAN-a baxın.
2. VLAN Trunking (802.1Q)
Trunk port bir neçə VLAN-ın trafikini bir linkdən ötürür. IEEE 802.1Q frame-ə 4 baytlıq tag əlavə edir (içində 12 bitlik VLAN ID — 1–4094). Native VLAN-ın frame-ləri isə tag-sız gedir, ona görə hər iki tərəfdə eyni olmalıdır.
Switch(config)# interface GigabitEthernet0/1
Switch(config-if)# switchport trunk encapsulation dot1q ! yalnız ISL də dəstəkləyən köhnə switch-lərdə
Switch(config-if)# switchport mode trunk
Switch(config-if)# switchport trunk allowed vlan 10,20,30
Switch(config-if)# switchport trunk allowed vlan add 40
Switch(config-if)# switchport trunk native vlan 99
Switch(config-if)# no shutdown
allowed vlan 10,20,30 siyahını əvəz edir; mövcud siyahıya əlavə etmək üçün mütləq add yazın — əks halda digər VLAN-lar kəsilir.
show interfaces trunk
show interfaces GigabitEthernet0/1 switchport
show interfaces trunk dörd blok göstərir: mode və native VLAN, icazə verilən VLAN-lar, aktiv VLAN-lar və STP forwarding vəziyyətində olan VLAN-lar.
Native VLAN mismatch: iki tərəfdə fərqli native VLAN olduqda CDP xəbərdarlıq verir və trafik səhv VLAN-a "sızır".
3. Dynamic Trunking Protocol (DTP) Modları
DTP Cisco-ya məxsus protokoldur və switch portları arasında trunk əlaqəsini avtomatik qurmağa kömək edir. Aşağıdakı cədvəl iki tərəfin modlarından asılı olaraq nəticəni göstərir.
| Qonşu port modu | Access | Trunk | Dynamic Auto | Dynamic Desirable |
|---|---|---|---|---|
| Access | Access | Uyğunsuz | Access | Access |
| Trunk | Uyğunsuz | Trunk | Trunk | Trunk |
| Dynamic Auto | Access | Trunk | Access | Trunk |
| Dynamic Desirable | Access | Trunk | Trunk | Trunk |
Yadda saxlama qaydası: auto + auto = access — iki passiv tərəf heç vaxt trunk təklif etmir. Müasir Catalyst switch-lərdə defolt mod adətən dynamic auto-dur.
switchport mode trunk — portu daimi trunk edir. DTP paketləri göndərməyə davam edir, amma qonşudan asılı olmayaraq trunk-dır.
Switch(config-if)# switchport mode trunkswitchport mode access — portu daimi access edir və DTP danışıqlarında iştirak etmir.
Switch(config-if)# switchport mode accessswitchport mode dynamic desirable — aktiv şəkildə trunk təklif edir. Qonşu trunk, dynamic auto və ya dynamic desirable olarsa, trunk qurulur.
Switch(config-if)# switchport mode dynamic desirableswitchport mode dynamic auto — passivdir: yalnız qonşu trunk və ya dynamic desirable olarsa trunk qurulur.
Switch(config-if)# switchport mode dynamic autoswitchport nonegotiate — portda DTP paketlərinin göndərilməsini dayandırır. switchport mode trunk (və ya access) ilə birlikdə istifadə olunur.
Switch(config-if)# switchport mode trunk
Switch(config-if)# switchport nonegotiateshow dtp interface FastEthernet0/1
show interfaces FastEthernet0/1 switchport
DTP statusu və portun inzibati (Administrative) və faktiki (Operational) rejimi.
4. Tövsiyələr və Təhlükəsizlik
DTP-yə güvənməyin: portları əl ilə access və ya trunk + nonegotiate edin — hücumçu DTP ilə öz portunu trunk edib bütün VLAN-lara çıxa bilər (switch spoofing).
Native VLAN: istifadə olunmayan VLAN (məs. 999) seçin — double tagging (VLAN hopping) hücumuna qarşı.
Allowed VLAN: trunk-da yalnız lazım olan VLAN-lar.
İstifadə olunmayan portlar: shutdown + ayrıca "parking" VLAN-a.
Lab: VLAN-lar, Access və Trunk Portlar
Məqsəd
İki switch arasında 802.1Q trunk qurmaq, VLAN-ları yaratmaq və DTP-ni təhlükəsiz şəkildə söndürmək.
Alət
Cisco Packet Tracer və ya portalın CLI Simulyatoru (5-ci tapşırıq)
Müddət
40 dəq · Orta
Topologiya
PC1 (VLAN 10) Fa0/1 \ / Fa0/1 PC3 (VLAN 10)
SW1 (Gi0/1)====(Gi0/1) SW2
PC2 (VLAN 20) Fa0/2 / trunk \ Fa0/2 PC4 (VLAN 20)
Ünvanlama cədvəli
| VLAN | Ad | Subnet | PC-lər |
|---|---|---|---|
| 10 | MUHASIBAT | 192.168.10.0/24 | PC1 .11, PC3 .13 |
| 20 | IT | 192.168.20.0/24 | PC2 .12, PC4 .14 |
| 99 | NATIVE | — | istifadə olunmur |
Tapşırıqlar
Hər iki switch-də VLAN 10, 20, 99 yaradın və adlandırın.
Fa0/1–2 portlarını access edib müvafiq VLAN-a təyin edin.
Gi0/1-də əvvəlcə heç nə yazmadan
show interfaces gi0/1 switchportilə DTP-nin nəticəsinə baxın (dynamic auto + dynamic auto = ?).Gi0/1-i əl ilə trunk edin, native VLAN 99, icazə verilən VLAN-lar 10,20,99 və
switchport nonegotiate.PC1 → PC3 (eyni VLAN) ping uğurlu, PC1 → PC2 (fərqli VLAN) uğursuz olmalıdır — izah edin.
Bir tərəfdə native VLAN-ı 1 edib CDP-nin native VLAN mismatch xəbərdarlığını tapın, sonra düzəldin.
Yoxlama
show vlan brief
show interfaces trunk
show interfaces gi0/1 switchport
show dtp interface gi0/1
Uğur meyarları
auto + auto nəticəsi access-dir — trunk yaranmır.
show interfaces trunk-da Gi0/1 802.1q, native 99, allowed 10,20,99.
Eyni VLAN-dakı PC-lər əlaqə qurur, fərqli VLAN-lar router olmadan qura bilmir.
Həll — əvvəlcə özünüz cəhd edin
SW1(config)# vlan 10
SW1(config-vlan)# name MUHASIBAT
SW1(config-vlan)# vlan 20
SW1(config-vlan)# name IT
SW1(config-vlan)# vlan 99
SW1(config-vlan)# name NATIVE
SW1(config)# interface fa0/1
SW1(config-if)# switchport mode access
SW1(config-if)# switchport access vlan 10
SW1(config)# interface fa0/2
SW1(config-if)# switchport mode access
SW1(config-if)# switchport access vlan 20
SW1(config)# interface gi0/1
SW1(config-if)# switchport mode trunk
SW1(config-if)# switchport trunk native vlan 99
SW1(config-if)# switchport trunk allowed vlan 10,20,99
SW1(config-if)# switchport nonegotiate
! SW2 eyni