Giriş: Faylların "Zaman Maşını"
config_final.txt, config_final2.txt, config_son_versiya_DUZGUN.txt — tanış gəlir?
Git faylların hər vəziyyətini (commit) yadda saxlayan paylanmış versiya nəzarəti sistemidir:
kim, nə vaxt, nəyi, niyə dəyişdi — hamısı tarixçədədir və istənilən ana qayıtmaq olar.
Commit
Layihənin müəyyən andakı "şəkli" + müəllif + mesaj. Unikal SHA hash ilə tanınır.
Repository
Layihə + onun bütün tarixçəsi (.git qovluğu).
Remote
GitHub, GitLab, Azure Repos — repo-nun serverdəki nüsxəsi. Git özü isə internetsiz də işləyir.
1. Üç Zona
| Zona | Nədir | Keçid əmri |
|---|---|---|
| Working directory | Diskdəki fayllar — burada redaktə edirsiniz | — |
| Staging area (index) | Növbəti commit-ə daxil olacaq dəyişikliklər | git add |
| Repository | Yadda saxlanmış commit-lər | git commit |
Staging sayəsində 5 dəyişdirilmiş fayldan yalnız 2-sini bir commit-ə qoymaq olar: hər commit bir məntiqi dəyişiklik olsun — "VLAN 30 əlavə edildi", "NTP server dəyişdi".
2. İlk Repository
# Bir dəfəlik ayar
git config --global user.name "Cavad Mikayil"
git config --global user.email "info@cavadmikayil.com"
git config --global init.defaultBranch main
mkdir network-configs && cd network-configs
git init
echo "hostname R1" > R1.cfg
git status # qırmızı: untracked
git add R1.cfg # və ya: git add .
git status # yaşıl: staged
git commit -m "R1 ilkin konfiqurasiya"
# GitHub-da boş repo yaradıb qoşmaq
git remote add origin git@github.com:cavadmikayil/network-configs.git
git push -u origin main
# Mövcud repo-nu yükləmək
git clone https://github.com/cavadmikayil/project2.git
.gitignore faylına git-ə düşməməli olanları yazın: *.log, .env, __pycache__/, parollu fayllar.
3. Tarixçəyə Baxmaq
git log --oneline --graph --all # qısa, branch-larla qrafik
git log -p R1.cfg # faylın hər dəyişikliyi ilə
git log --author="Cavad" --since="2 weeks ago"
git diff # staged olmayan dəyişikliklər
git diff --staged # commit-ə gedəcək dəyişikliklər
git diff main..feature/vlan30 # iki branch arasında
git show a1b2c3d # bir commit-in tam məzmunu
git blame R1.cfg # hər sətri kim və hansı commit-də yazıb
Yaxşı commit mesajı əmr formasında və qısa olur: "Add VLAN 30 for guests", "Fix OSPF area on R2". "update", "fix", "asdf" kimi mesajlar 6 ay sonra heç nə demir.
4. Branch-lar
Branch — commit-ə göstərici (pointer). Yeni ideya üzərində main-i pozmadan ayrıca xətdə işləmək imkanı verir.
git switch -c feature/vlan30 # yeni branch yarat və keç
# ... dəyişikliklər, commit-lər ...
git switch main
git merge feature/vlan30 # dəyişiklikləri main-ə birləşdir
git branch -d feature/vlan30 # birləşmiş branch-ı sil
git branch -a # bütün branch-lar (remote da daxil)
Fast-forward
main-də yeni commit yoxdursa, göstərici sadəcə irəli sürüşür — əlavə commit yaranmır.
Merge commit
Hər iki tərəfdə yeni commit varsa, iki valideynli birləşmə commit-i yaranır.
5. Səhvi Geri Qaytarmaq
| Vəziyyət | Əmr | Təhlükəsizmi? |
|---|---|---|
| Faylda dəyişikliyi at (commit olunmayıb) | git restore R1.cfg | Dəyişiklik itir |
| Faylı staging-dən çıxar | git restore --staged R1.cfg | Bəli |
| Son commit mesajını düzəlt (push olunmayıb) | git commit --amend | Yalnız lokal |
| Push olunmuş commit-i ləğv et | git revert a1b2c3d | Bəli — yeni "əks" commit yaradır |
| Lokal commit-ləri tamamilə sil | git reset --hard HEAD~1 | Xeyr — ehtiyatla |
| Yarımçıq işi müvəqqəti kənara qoy | git stash / git stash pop | Bəli |
git reflog — "itmiş" commit-ləri tapmaq üçün son xilas yolu: HEAD-in son bütün hərəkətlərini göstərir.