Giriş: Məlumat + Şablon = Konfiqurasiya

100 access switch-in konfiqurasiyası 95% eynidir; fərq hostname, IP, VLAN-lar və port təsvirlərindədir. Jinja2 şablon mühərriki bu 95%-i bir dəfə yazmağa, fərqləri isə YAML/CSV məlumatından doldurmağa imkan verir. Ansible, Nornir, NetBox və Salt da məhz Jinja2 istifadə edir.

Məlumat

Nə fərqlidir: hostname: ACC-SW1, mgmt_ip: 10.10.0.11.

Şablon

Necə görünməlidir: hostname {{ hostname }}.

Nəticə

Hər cihaz üçün hazır, standart konfiqurasiya faylı.

1. Sintaksis

YazılışMənasıNümunə
{{ ... }}Dəyəri çap ethostname {{ hostname }}
{% ... %}Məntiq: for, if, set, macro{% for v in vlans %}
{# ... #}Şərh — nəticəyə düşmür{# TODO: QoS #}
{%- ... -%}Ətrafdakı boş sətirləri silTəmiz nəticə üçün
| filtrDəyəri çevir{{ name | upper }}

2. Access Switch Şablonu

hostname: ACC-SW1
mgmt_ip: 10.10.0.11
mgmt_mask: 255.255.255.0
gateway: 10.10.0.1
vlans:
  - { id: 10, name: MUHASIBAT }
  - { id: 20, name: IT }
  - { id: 99, name: MGMT }
access_ports:
  - { port: Gi1/0/1, vlan: 10, desc: "Muhasib-1" }
  - { port: Gi1/0/2, vlan: 20, desc: "IT-Admin", voice: 150 }
uplink: Gi1/0/48

3. Python ilə Render

import yaml
from pathlib import Path
from jinja2 import Environment, FileSystemLoader, StrictUndefined

env = Environment(
    loader=FileSystemLoader("templates"),
    trim_blocks=True,          # {% %} teqindən sonrakı yeni sətri sil
    lstrip_blocks=True,        # teqdən əvvəlki boşluqları sil
    undefined=StrictUndefined, # məlumatda olmayan dəyişən → xəta (boş sətir yox!)
)
tpl = env.get_template("access.j2")

Path("configs").mkdir(exist_ok=True)
for f in Path("data").glob("*.yaml"):
    data = yaml.safe_load(f.read_text())
    Path(f"configs/{data['hostname']}.cfg").write_text(tpl.render(**data))
    print("yaradıldı:", data["hostname"])

StrictUndefined vacibdir: onsuz {{ gatway }} kimi yazı səhvi səssizcə boş sətir yaradır və cihaz idarəetməni itirə bilər.

4. Filtrlər, Makrolar, Miras

{{ hostname | upper }}                     {# ACC-SW1 #}
{{ desc | default("BOŞ") }}                {# dəyər yoxdursa #}
{{ ports | length }}                       {# say #}
{{ vlans | selectattr('id', 'lt', 100) | list }}
{{ "%-20s" | format(p.port) }}             {# sütun hizası #}

{# Makro — təkrarlanan blok üçün funksiya #}
{% macro access_port(port, vlan, desc) -%}
interface {{ port }}
 description {{ desc }}
 switchport mode access
 switchport access vlan {{ vlan }}
{%- endmacro %}

{{ access_port("Gi1/0/5", 10, "Printer") }}

{# Miras: base.j2-də ümumi hissələr, access.j2 yalnız fərqləri əlavə edir #}
{% extends "base.j2" %}
{% block interfaces %} ... {% endblock %}

5. Source of Truth Yanaşması

  1. Məlumat mərkəzdə: NetBox və ya git-dəki YAML — cihazlar, IP-lər, VLAN-lar, portlar.

  2. Şablonlar git-də review olunur.

  3. CI render edir və nəticəni lint/test edir (batfish, yamllint).

  4. Diff: yaradılan konfiqurasiya cihazdakı ilə müqayisə olunur (NAPALM compare_config).

  5. Təsdiqdən sonra push — Netmiko, NAPALM və ya Ansible.

Hədəf: heç kim cihaza birbaşa konfiqurasiya yazmır. Dəyişiklik = məlumatda dəyişiklik + PR. Cihaz konfiqurasiyası həmişə source of truth-un nəticəsidir.