Giriş: Link-State Protokol

OSPF (Open Shortest Path First) açıq standart link-state protokoludur. Hər router şəbəkənin tam xəritəsini (LSDB) toplayır və Dijkstra-nın SPF alqoritmi ilə ən qısa yolları özü hesablayır. AD = 110, metrika = cost. Kiçik və orta şəbəkələrdə bütün routerlər adətən bir sahədə — Area 0 (backbone) — olur.

Hello paketləri

Qonşuları tapır və saxlayır. Broadcast şəbəkədə Hello 10 s, Dead 40 s.

LSA / LSDB

Routerlər link-state reklamlarını (LSA) mübadilə edir; eyni sahədəki hamının LSDB-si eynidir.

Multicast

224.0.0.5 — bütün OSPF routerləri, 224.0.0.6 — DR və BDR.

1. Router ID Seçimi

Router ID (RID) 32 bitlik unikal identifikatordur və IP formatında yazılır. Seçim ardıcıllığı:

  1. router-id əmri ilə əl ilə təyin edilmiş dəyər.

  2. Aktiv loopback interfeyslərindən ən yüksək IP.

  3. Aktiv fiziki interfeyslərdən ən yüksək IP.

RID dəyişdirildikdən sonra yalnız OSPF prosesi yenidən başladıqda qüvvəyə minir: clear ip ospf process.

2. Qonşuluq Vəziyyətləri və Şərtləri

VəziyyətNə baş verir
DownQonşudan heç bir Hello alınmayıb
InitHello alınıb, amma orada öz RID-imiz hələ yoxdur
2-Wayİkitərəfli əlaqə var; DR/BDR seçimi burada olur (DROTHER-lər bir-biri ilə burada qalır)
ExStartMaster/slave seçilir, DBD ardıcıllıq nömrəsi razılaşdırılır
ExchangeLSDB xülasələri (DBD) mübadilə olunur
LoadingÇatışmayan LSA-lar LSR/LSU ilə istənilir
FullLSDB-lər eynidir — tam qonşuluq

Qonşuluq üçün uyğun olmalıdır:

Eyni area nömrəsi və area tipi

Eyni Hello/Dead timerləri

Eyni subnet və maska

Eyni autentifikasiya və MTU

Unikal Router ID

Process ID uyğun olmaq məcburiyyətində deyil — lokal xarakter daşıyır

3. DR və BDR Seçimi

Broadcast multiaccess şəbəkələrdə (Ethernet) hər routerin hamı ilə Full qonşuluğu olmasın deyə Designated Router (DR) və ehtiyat BDR seçilir. Digər routerlər (DROTHER) yalnız DR və BDR ilə Full olur.

Ən yüksək interfeys prioriteti qalib gəlir (defolt 1, maks. 255).

Prioritetlər bərabərdirsə — ən yüksək Router ID.

Prioritet 0 olan router heç vaxt DR/BDR olmur.

Seçim preemptive deyil: yeni, daha güclü router qoşulsa da DR dəyişmir.

4. Cost Hesablanması

Cost = Reference bandwidth ÷ interfeys bant genişliyi. Defolt reference 100 Mbps-dir, ona görə FastEthernet, Gigabit və 10 Gigabit linkin hamısı cost = 1 alır. Bunu düzəltmək üçün bütün routerlərdə eyni dəyərlə auto-cost reference-bandwidth təyin edilir.

İnterfeysDefolt (ref. 100 Mbps)ref. 10 000 Mbps ilə
Ethernet 10 Mbps101000
FastEthernet 100 Mbps1100
GigabitEthernet 1 Gbps110
10 GigabitEthernet11

5. Praktiki Əmrlər

R1(config)# router ospf 1
R1(config-router)# router-id 1.1.1.1
R1(config-router)# network 192.168.10.0 0.0.0.255 area 0
R1(config-router)# network 10.0.0.0 0.0.0.3 area 0
R1(config-router)# passive-interface GigabitEthernet0/1
R1(config-router)# auto-cost reference-bandwidth 10000

OSPF prosesi 1, əl ilə RID, wildcard ilə şəbəkələrin elanı, istifadəçi LAN-ına Hello göndərilməməsi (passive) və 10 Gbps-ə uyğun reference bandwidth.

Lab: Single-Area OSPF, DR/BDR və Default Route

Məqsəd

Üç router arasında OSPF area 0 qurmaq, DR/BDR seçkisinə təsir etmək və default route-u OSPF ilə yaymaq.

Alət

Cisco Packet Tracer və ya portalın CLI Simulyatoru (4-cü tapşırıq)

Müddət

50 dəq · Orta

Topologiya

      R1 (Gi0/0) ---\
                     SW (10.0.123.0/24, broadcast seqment)
      R2 (Gi0/0) ---/|
      R3 (Gi0/0) ----/
 Hər router-də LAN: 192.168.X.0/24 (Gi0/1), R1-də əlavə: ISP-yə default

Ünvanlama cədvəli

RouterGi0/0Gi0/1 (LAN)Router ID
R110.0.123.1 /24192.168.1.1 /241.1.1.1
R210.0.123.2 /24192.168.2.1 /242.2.2.2
R310.0.123.3 /24192.168.3.1 /243.3.3.3

Tapşırıqlar

  1. Hər router-də OSPF prosesi 1, router-id və network əmrləri ilə bütün interfeysləri area 0-a daxil edin.

  2. LAN interfeyslərini passive-interface edin.

  3. show ip ospf neighbor: kim DR, kim BDR? Seçkini izah edin.

  4. R3-ü DR etmək üçün Gi0/0-da ip ospf priority 255, R1-də 0 yazın; qonşuluğu clear ip ospf process ilə yeniləyin.

  5. R1-də ip route 0.0.0.0 0.0.0.0 Null0 (ISP simulyasiyası) və default-information originate; R2/R3-də O*E2 marşrutunu tapın.

  6. Bütün LAN-lar arasında ping edin.

Yoxlama

show ip ospf neighbor
show ip ospf interface gi0/0
show ip route ospf
show ip protocols
show ip ospf database

Uğur meyarları

Qonşuluqlar FULL/DR, FULL/BDR, 2WAY/DROTHER vəziyyətindədir.

Priority dəyişikliyindən sonra R3 DR-dir, R1 heç vaxt DR olmur.

R2 və R3-də O*E2 0.0.0.0/0 görünür.

Həll — əvvəlcə özünüz cəhd edin
R1(config)# router ospf 1
R1(config-router)# router-id 1.1.1.1
R1(config-router)# network 10.0.123.0 0.0.0.255 area 0
R1(config-router)# network 192.168.1.0 0.0.0.255 area 0
R1(config-router)# passive-interface gi0/1
R1(config-router)# default-information originate
R1(config)# ip route 0.0.0.0 0.0.0.0 Null0
R1(config)# interface gi0/0
R1(config-if)# ip ospf priority 0
R3(config)# interface gi0/0
R3(config-if)# ip ospf priority 255
R1# clear ip ospf process