DNS Record Nədir?
İnternetdə hər şey adlarla işləyir: google.com, youtube.com və s.
Amma kompüterlər ad yox, IP address anlayır.
Burada köməyə DNS (Domain Name System) gəlir.
DNS-i telefon kitabçası kimi düşün:
- ad → nömrə
- domain name → IP address
İndi isə ən çox istifadə olunan 8 DNS Record Type-a baxaq.
A, CNAME və AAAA Record
1 A (Address) Record
A Record domain adını IPv4 address-ə çevirir.
Yəni: Browser deyir ki, “bu sayt hardadır?” – A record cavab verir.
pitstech.az → 192.168.1.1
Bu record ən əsas DNS record-dur.
Əgər A record yoxdursa, sayt açılmaz.
2 CNAME (Canonical Name) Record
CNAME Record bir domain-i başqa domain-ə yönləndirir.
Məsələn: www.pitstech.az → pitstech.az
Adətən subdomain-lər üçün istifadə olunur:
- Bir neçə adı eyni sayta bağlamaq üçün
- Managementi asanlaşdırmaq üçün əladır.
3 AAAA Record
AAAA Record, A record kimidir, amma fərqi var.
Bu record IPv6 address üçün istifadə olunur.
pitstech.az → 2001:db8::1
Qeyd: Əgər saytımız IPv6 dəstəkləyirsə, AAAA record olur.
PTR, MX və NS Record
4 PTR Record
PTR Record əksinə işləyir. Burada:
IP address → domain name
Bu prosesə reverse DNS lookup deyilir.
Harada lazımdır?
- Mail server-lərdə
- Server-in real olub-olmadığını yoxlamaq üçün
Çox vaxt email problemlərində PTR record yoxlanılır.
5 MX (Mail Exchange) Record
MX Record email-lərin hara gedəcəyini göstərir.
Məsələn: example.com → mail.example.com
Kimsə sənə email göndərəndə DNS deyir:
“Bu domain-in mail server-i budur”.
MX record olmadan email işləməz.
6 NS (Name Server) Record
NS Record deyir ki: “Bu domain-in DNS cavablarını kim verir?”
Yəni hansı DNS Server cavabdehdir. Məsələn:
ns1.example.comns2.example.com
Domain alanda ilk işlədilən record-lardan biridir.
Bunu Cloudflare və ya EasyDNS-ə qeydiyyat edə bilərsiz.
SRV və TXT Record
7 SRV (Service) Record
SRV Record xüsusi servislər üçün istifadə olunur. Bu record aşağıdakı məlumatları saxlayır:
- service
- protocol
- host
- port
Harada istifadə olunur?
- VoIP
- XMPP
- Microsoft services
Adətən A Record ilə birlikdə işləyir.
8 TXT (Text) Record
TXT Record DNS-ə mətn əlavə etməyə imkan verir. Ən çox istifadə olunan sahələr:
- SPF
- DKIM
- Domain verification
Məsələn: v=spf1 include:_spf.google.com ~all
Email security üçün çox vacibdir.
Nəticə: Yadımızda Saxlayaq
- A / AAAA → saytın IP address-i
- CNAME → yönləndirmə
- MX → email
- NS → DNS server-lər
- PTR → reverse lookup
- SRV → xüsusi servislər
- TXT → təsdiqləmə və security
DNS-i yaxşı başa düşsən: sayt problemlərini, email xətalarını, server problemlərini daha rahat həll edərsən.