Giriş: Proqramların Bir-biri ilə Danışığı

API (Application Programming Interface) — bir proqramın digərinə xidmət təklif etdiyi razılaşdırılmış interfeysdir. REST isə HTTP üzərində qurulan ən geniş yayılmış API üslubudur: hər şey resursdur (/devices, /devices/42/interfaces), resurslar URL ilə tanınır və HTTP metodları ilə idarə olunur. Cisco Catalyst Center, Meraki, FortiGate, NetBox, AWS — hamısının REST API-si var.

Stateless

Hər sorğu özündə bütün lazımi məlumatı (token daxil) daşıyır; server əvvəlki sorğunu yadda saxlamır.

URI

https://api.example.com/v1/devices?site=baku&limit=50 — base URL, versiya, resurs, query parametrləri.

JSON

Məlumat adətən JSON formatında göndərilir və qaytarılır.

1. HTTP Metodları (CRUD)

MetodCRUDNümunəIdempotent
GETReadGET /devices/42 — cihaz məlumatıBəli
POSTCreatePOST /vlans — yeni VLANXeyr
PUTUpdate (tam əvəzləmə)PUT /vlans/10 — bütün sahələrBəli
PATCHUpdate (qismən)PATCH /vlans/10 — yalnız adAdətən
DELETEDeleteDELETE /vlans/10Bəli

HTTP sorğusunun hissələri: metod + URL, header-lər (Content-Type: application/json, Accept, Authorization) və body (POST/PUT/PATCH üçün JSON).

2. Status Kodları

KodMənasıNə etməli
200 OKUğurluCavabı oxu
201 CreatedResurs yaradıldıLocation header-ində yeni URL
204 No ContentUğurlu, body yoxdurAdətən DELETE-dən sonra
400 Bad RequestSorğu səhvdirJSON-u və sahələri yoxla
401 UnauthorizedAutentifikasiya yoxdur/yanlışdırToken-i yenilə
403 ForbiddenKim olduğun bəllidir, amma icazən yoxdurRol/icazələri yoxla
404 Not FoundResurs yoxdurURL və ID-ni yoxla
429 Too Many RequestsRate limitRetry-After qədər gözlə
500 / 503Server xətası / əlçatmazTəkrar cəhd (backoff ilə), provayderə müraciət

3. Autentifikasiya Üsulları

Basic auth: Authorization: Basic base64(user:pass) — yalnız HTTPS üzərində; base64 şifrələmə deyil.

API key: X-Cisco-Meraki-API-Key: ... və ya Authorization: Bearer ... — uzunmüddətli, ehtiyatla saxlanmalı.

Token: əvvəlcə login endpoint-dən token alınır (Catalyst Center: X-Auth-Token), sonra hər sorğuda göndərilir; müddəti bitir.

OAuth 2.0: client credentials ilə qısamüddətli access token — Microsoft Graph, Webex, müasir SaaS API-lər.

4. curl və Postman

# GET — açıq API
curl -s https://api.github.com/repos/cavadmikayil/project2 | jq '.name, .default_branch'

# Header və token ilə
curl -s -H "Authorization: Token $NETBOX_TOKEN" -H "Accept: application/json" \
  "https://netbox.local/api/dcim/devices/?site=baku&limit=5" | jq '.results[].name'

# POST — JSON body ilə
curl -s -X POST "https://netbox.local/api/ipam/vlans/" \
  -H "Authorization: Token $NETBOX_TOKEN" -H "Content-Type: application/json" \
  -d '{"vid": 30, "name": "GUEST", "status": "active"}'

curl -i ...        # cavab header-lərini və status kodunu da göstər

Postman və ya Bruno — API-ləri qrafik interfeysdə sınamaq, kolleksiyalar saxlamaq və hazır sorğudan Python kodu yaratmaq (Code snippet) üçün. Swagger/OpenAPI sənədi olan API-lərdə "Try it out" düyməsi də var.

5. Python requests

import os, requests

BASE = "https://netbox.local/api"
s = requests.Session()
s.headers.update({
    "Authorization": f"Token {os.environ['NETBOX_TOKEN']}",
    "Accept": "application/json",
})

# GET + səhifələmə (pagination)
url = f"{BASE}/dcim/devices/?site=baku&limit=100"
devices = []
while url:
    r = s.get(url, timeout=10)
    r.raise_for_status()                  # 4xx/5xx → istisna
    data = r.json()
    devices += data["results"]
    url = data["next"]                    # növbəti səhifə və ya None
print(len(devices), "cihaz")

# POST
r = s.post(f"{BASE}/ipam/vlans/", json={"vid": 30, "name": "GUEST", "status": "active"}, timeout=10)
if r.status_code == 201:
    print("yaradıldı, id =", r.json()["id"])
else:
    print(r.status_code, r.text)

json= parametri body-ni JSON-a çevirir və Content-Type-ı özü qoyur. Daxili şəbəkədə öz sertifikatı olan cihazlar üçün verify=False əvəzinə CA faylını göstərin: verify="/etc/ssl/company-ca.pem".