Giriş: Domen 3, 4 və 5 (66%)

İmtahanın üçdə ikisi təhlükəsizliyin qurulması (arxitektura), gündəlik icrası (Security Operations — ən böyük domen, 28%) və idarə olunması (risk, siyasətlər, uyğunluq, audit) haqqındadır. Bu dərs hər birindən ən çox soruşulan anlayışları toplayır.

1. Security Architecture (18%)

Arxitektura modelləri: cloud, IaC, serverless, mikroservislər, on-prem, IoT, ICS/SCADA, RTOS, embedded — hər birinin risk profili fərqlidir.

Şəbəkə: security zones, jump server, proxy, IPS/IDS, load balancer, NGFW, WAF, UTM, VPN, SASE/SD-WAN, fail-open və fail-closed.

Məlumatın qorunması: data at rest / in transit / in use; təsnifat (public, sensitive, confidential, restricted); DLP; geolocation və data sovereignty.

Resilience: high availability, hot/warm/cold site, geographic dispersion, backup (snapshot, replication, journaling), UPS, generator, capacity planning.

2. Security Operations (28%)

MövzuAçar anlayışlar
HardeningSecure baseline, mobil cihazlar (MDM, BYOD/COPE/CYOD), wireless (WPA3, RADIUS), sandboxing
Asset managementInventar, sahiblik, təsnifat, sanitization, destruction, certification
Vulnerability managementSkan, pentest, bug bounty, CVSS, CVE, false positive/negative, prioritet, remediation, rescan
MonitoringSIEM, log aggregation, alerting, SCAP, SNMP trap, NetFlow, antivirus, DLP
Enterprise imkanlarıFirewall, IDS/IPS, web filter, DNS filtering, email security (DMARC, DKIM, SPF), FIM, NAC, EDR/XDR
IdentityProvisioning/deprovisioning, SSO, LDAP, OAuth, SAML, federation, MFA, PAM (just-in-time, password vaulting)
AutomationHesabların yaradılması, guard rails, ticket yaradılması, eskalasiya, SOAR

3. Incident Response

  1. Preparation — plan, alətlər, komanda, təlim.

  2. Detection — alert-in real insident olduğunu müəyyən etmək.

  3. Analysis — əhatə, təsir, kök səbəb.

  4. Containment — yayılmanı dayandırmaq.

  5. Eradication — zərərli komponentləri silmək.

  6. Recovery — normal işə qayıtmaq.

  7. Lessons learned — nə dəyişirik?

Digital forensics: legal hold, chain of custody, acquisition, preservation, e-discovery.

Təlimlər: tabletop exercise, simulation; threat hunting; root cause analysis.

4. Program Management and Oversight (20%)

AnlayışQısa izah
SLE × ARO = ALEBir hadisənin itkisi × illik tezlik = illik gözlənilən itki
Risk cavablarıTransfer (sığorta), accept, avoid, mitigate; exemption və exception
Risk registerRisklər, sahiblər, KRI, risk appetite və tolerance
BIARTO, RPO, MTTR, MTBF
Third-party riskVendor qiymətləndirmə, audit hüququ, SLA, MOA, MOU, MSA, SOW, NDA, BPA
ComplianceHesabat, cərimələr, lisenziya itkisi; GDPR (data subject, controller vs processor, right to be forgotten)
AuditDaxili və xarici audit, attestation, pentest növləri (known/partially known/unknown environment)
AwarenessPhishing kampaniyaları, anomal davranışın tanınması, gizli rejimdə iş qaydaları

Nümunə: server dəyəri 20 000 AZN, daşqında 50% zədələnir → SLE = 10 000. Daşqın 5 ildə bir baş verir → ARO = 0.2. ALE = 2 000 AZN/il — qoruma tədbiri ildə bundan bahadırsa, iqtisadi cəhətdən mənasızdır.

5. İmtahan Taktikası

PBQ-ları flag edin və sona saxlayın — 5 dəqiqəlik simulyasiya 10 sadə sualın vaxtını yeyə bilər.

Menecer kimi düşünün: "BEST" cavab çox vaxt siyasət, risk və prosesə uyğun olanıdır, ən texniki olan yox.

Ardıcıllıq sualları: IR mərhələləri, order of volatility (CPU cache → RAM → disk → arxiv).

Akronimlər: CompTIA objectives PDF-inin sonundakı akronim siyahısını tam öyrənin.